07 sentyabr 2024 10:15
216

İran Rusiyaya silah tədarük etdiyini təkzib edib

İran tərəfi Rusiya da daxil olmaqla, münaqişələrdə iştirak edən tərəflərə silah vermədiyini iddia edib və bütün ölkələri bundan nümunə götürməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.

"İranın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. İran münaqişədə iştirak edən tərəflərə hərbi yardım göstərməyi qeyri-insani hesab edir. Bu, itkilərin sayının artmasına, infrastrukturun dağılmasına və atəşkəs danışıqlarından kənara çıxmasına gətirib çıxaracaq” - İran diplomatik missiyası bildirir.

Qeyd edilib ki, İran nəinki bu cür aksiyalarda iştirak etməkdən çəkinir, həm də digər ölkələri münaqişədə iştirak edən tərəflərə silah tədarükünü dayandırmağa çağırır.

Xatırladaq ki, Amerika və Avropa rəsmilərinə əsaslanan “The Wall Street Journal” İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etməsi ilə bağlı məqalə dərc etmişdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”