06 sentyabr 2024 17:32
151

1-ci liqada ilk turun oyunlarının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan 1-ci liqasında 1-ci turun oyun cədvəli açıqlanıb.

“İki sahil” PFL-in saytına istinadən xəbər verir ki, görüşlər 11, 12 və 13 sentyabr tarixlərində keçiriləcək.

11 sentyabr (çərşənbə)

17:00. “Karvan” – “Qaradağ Lökbatan”
Yevlax şəhər stadionu

12 sentyabr (cümə axşamı)

16:30. “Difai” – “Cəbrayıl”
Şamaxı OİK stadionu

18:00. “İmişli” – “Baku Sportinq”
Tovuz şəhər stadionu

13 sentyabr (cümə)

17:00. MOİK – “Mingəçevir”
Lökbatan OİK stadionu

17:00. “Qəbələ” – “Zaqatala”
Qəbələ şəhər stadionu