06 sentyabr 2024 15:58
252

Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu finala vəsiqə qazanıb

Azərbaycanın daha iki gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, bunlar Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürovdur (81 kq).

Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.