06 sentyabr 2024 13:54
408

BANM qəbulun nəticələrini açıqladı

SOCAR-ın Bakı Ali Neft Məktəbinə (BANM) qəbul planı 100 faiz dolub.

“İki sahil” xəbər verir ki,  bu barədə universitetdən məlumat verilib.  

Bildirilib ki, qəbul nəticələrinə əsasən, Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balı BANM-in İnformasiya təhlükəsizliyi ixtisasına məxsusdur (687.1 bal).

Həmçinin ölkədə ən yüksək orta keçid balı da (645 bal) Bakı Ali Neft Məktəbinə aiddir. Beynəlxalq və respublika fənn olimpiadaların 16 qalibi müsabiqədənkənar BANM-ə qəbul olub.

BANM-in rektoru Elmar Qasımov universitetin bundan sonra da ölkədə ali təhsil sahəsində öncül mövqeyini qoruyacağıını bildirib: “2024-cü il qəbul nəticələri Bakı Ali Neft Məktəbinin yüksək təhsil standartlarını və tələbələrin böyük marağını əks etdirir. Bununla yanaşı, elmi və akademik üstünlüyünü göstərir. BANM öz mükəmməl tədris proqramları və yüksək keyfiyyətli təhsil imkanları ilə tanınaraq, gələcəkdə də Azərbaycanda ali təhsil sahəsində öncül mövqeyini qoruyacaq”.