06 sentyabr 2024 13:53
226

"Vüqar Həşimov Memorialı"nın direktoru: Turniri yüksək səviyyədə keçirməyə çalışacağıq

Turniri yüksək səviyyədə keçirməyə çalışacağıq.

“İki sahil” xəbər verir ki, bunu "Vüqar Həşimov Memorialı"nın direktoru Anar Allahverdiyev mətbuat konfransında deyib.

O, turnirin artıq yalnız Şuşada təşkil oluna biləcəyini vurğulayıb:

"Etimadı doğrultmağa çalışacağıq. Bundan sonra yarışı Şuşada təşkil etmək niyyətindəyik. Azərbaycan yığmasının beş üzvündən üçü turnirdə mübarizə aparacaq".

Qeyd edək ki, yarış sentyabrın 25-30-u aralığında Şuşada gerçəkləşəcək. Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da baş tutacaq. Turnir “Şuşa” otelində təşkil ediləcək.