06 sentyabr 2024 13:26
222

“Vüqar Həşimov Memorialı”nın keçiriləcəyi yer və vaxtı müəyyənləşib

Şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın keçiriləcəyi yer və vaxtı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə turnirin direktoru Anar Allahverdiyev mətbuat konfransında məlumat verib.

O, sayca 10-cu dəfə təşkil olunacaq yarışın sentyabrın 25-30-u aralığında Şuşada gerçəkləşəcəyini vurğulayıb.

Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da baş tutacaq. Turnir “Şuşa” otelində təşkil ediləcək.