06 sentyabr 2024 13:05
225

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Azərbaycana gəlib

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Azərbaycanda səfərdədir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

O, ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi yolları ilə bağlı danışıqlar aparmaq üçün səfər edib.