05 sentyabr 2024 21:53
379

Bu şirkət köhnə modelinin yenidən istehsalına başlayır

"Volkswagen" şirkəti "Scout" modelinə ikinci həyat verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Volkswagen" şirkətinin yeni yaratdığı "Scout Motors" saytında məlumat dərc edilib.

Təqdimat oktyabrın 24-də baş tutacaq.

Qeyd olunur ki, sonuncu "Scout" modelinin istehsalı 44 il əvvələ təsadüf edib.