05 sentyabr 2024 12:50
300

Münhendəki atışmada İsrail Baş Konsulluğunun əməkdaşları xəsarət almayıb

İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında baş verən atışma nəticəsində diplomatik nümayəndəliyin əməkdaşlarından xəsarət alan olmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Kan” televiziya və radio şirkəti İsrail Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Hücum edənin zərərsizləşdirildiyi qeyd edilir.

XİN-dən verilən məlumata görə, Baş Konsulluq 1972-ci il Münhen Olimpiadasında terror aktı qurbanlarının xatirəsinə həsr olunmuş mərasimlə əlaqədar bağlanıb.

Daha əvvəl məlum olmuşdu ki, hadisə yerində polis xüsusi təyinatlıları və snayperlər işləyir, həmçinin helikopter də cəlb olunub.