03 sentyabr 2024 15:34
291

İqlim dəyişikliyi ilə mübarizədə atılan adımların şəffaflığına ehtiyac var - Asel Raimkulova

İqlim dəyişikliyi bütün insanlıq üçün təhlükədir və iqlim dəyişikliyi ilə mübarizədə atılan adımların şəffaflığına ehtiyac var.

“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstanın milli resurslar və ekologiya nazirinin müavini Asel Raimkulova Bakıda keçirilən iqlim şəffaflığı məsələlərinə dair yüksək səviyyəli dialoqda çıxışı zamanı bildirib.

O, 2 illik milli şəffaflıq hesabatlarının (BTR) müzakirəsinin vacibliyini qeyd edib, çünki bu hesabatlar olmadan iqlim problemlərinin həllində irəliləyiş əldə etmək çətin olacaq.

"Hazırda BTR üzərində işləyirik, bu isə Paris Sazişinin 13-cü maddəsinin həyata keçirilməsi üçün zəruridir. Qırğızıstan BTR-ni cari ilin sonuna qədər təqdim etməyə çalışacaq. Belə hesabatlar iqlim məqsədlərinə çatmaq üçün qərarverici rol oynayır", - o vurğulayıb.