03 sentyabr 2024 13:03
275

Qazaxıstan iqlim şəffaflığına dair 2 illik hesabat hazırlayır - Prezidentin müşaviri

Qazaxıstan hazırda iqlimlə bağlı 2 illik şəffaflıq hesabatının (BTR) hazırlanması prosesindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin müşaviri, Qazaxıstan Prezidentinin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Suleymenova Bakıda keçirilən "İqlim Şəffaflığının Artırılması: Genişləndirilmiş Şəffaflıq Sistemində (ETF) Ümumi İştirakın Təşviqi" adlı yüksək səviyyəli dialoqda bildirib.

O, 2 illik şəffaflıq hesabatlarının (BTR) qəbul edilməsinin iqlim təşəbbüslərində kollektiv irəliləyişinin izlənməsi üçün son dərəcə vacib olduğunu vurğulayıb.

Onun sözlərinə görə, BTR-lərin təsdiqlənməsi qlobal iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə əhəmiyyətli töhfə verəcək.

"Qazaxıstan üçün iqlim dəyişikliyi ilə mübarizənin sürətləndirilməsinin əhəmiyyəti, keçən yaz baş verən sel hadisələrindən sonra daha açıq şəkildə ortaya çıxdı. Ərazimizin böyük bir hissəsi su altında qaldı, vətəndaşlara və ölkənin iqtisadiyyatına böyük ziyan dəydi", - o eyib.

Zülfiyyə Suleymenova Qazaxıstanın hazırda 2 illik şəffaflıq hesabatının (BTR) hazırladığını və bunu noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına təqdim etməyi planlaşdırdığını qeyd edib.

"Biz bu mühüm platformada birgə əməkdaşlıq və dialoqu davam etdirəcəyimizə və COP29-a qədər yüksək nəticələr edəcəyimizə ümid edirik", - Suleymenova əlavə edib.