03 sentyabr 2024 10:38
260

Muxtar Babayev: Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan tərəfindən təklif edilib

Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan tərəfindən təklif edilib.

“İki sahil” xəbər verir ki, bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) prezidenti Muxtar Babayevin jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Azərbaycan COP29-a hazırlıq işlərini davam etdirir: “Həm danışıqlar, həm də forumun keçirilməsi ilə bağlı lazımi işlər təşkil edilir. Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan COP29 komandasının təşəbbüsü ilə yaradılıb. İnanıram ki, bu çox ciddi məsələlərin müzakirəsi üçün önəmli rol oynayacaq".

Muxtar Babayev əlavə edib ki, Azərbaycan Şəffaflıq sənədinin hazırlanmasında digər ölkələrə kömək edəcək. Əsas məqsəd ölkələrə dəstəyin verilməsi və iqlim hesabatlarının hətta COP29-dan əvvəl təqdim edilməsini təmin etməkdir: “İqlim dəyişikliyi hesabatının - şəffaflıq sənədinin təqdim edilməsi üçün son tarix isə dekabr ayıdır”.