03 sentyabr 2024 10:27
267

Yalçın Rəfiyev: Bakı Qlobal İqlim Şəffaflığı Platformasını açmaqdan çox məmnunuq

Bu gün Bakı Qlobal İqlim Şəffaflığı Platformasını istifadəyə verəcəyik. Bu platformanı açmaqdan çox məmnunuq.

“İki sahil” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da deyib.

Onun sözlərinə görə, bu platforma qarşılıqlı olaraq inam və etimadın inşası üçün hazırlanıb: "Təbii ki, inkişaf etmiş şəffaflıq gündəmi tərəflər konfransı ilə məhdudlaşmır".

Baş danışıqçı qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı şəffaflığa böyük önəm verir: "Bizim İqlim şəffaflığı müddətində ən mühüm işlərimizdən biri bu platformanın istifadəyə verilməsidir".