28 avqust 2024 15:25
381

Ancelina Coli Venesiyada belə görüntüləndi - FOTO

Hollivud ulduzu Ancelina Coli Venesiyada obyektivlərə tuş gəlib.

“İki sahil” xəbər verir ki, 49 yaşlı aktrisa bu gün açılacaq film festivalına görə Venesiyaya uçub. Festivalda Coli baş rolda oynadığı “Mariya Kallas” filmini təqdim edəcək.

Coli qısaqol, geniş qara şalvar və qara hündürdaban çəkmələrlə qum rəngli trençkotda görünüb. Onun saç rəngini daha açıq etdiyi diqqətdən qaçmayıb.

Qeyd edək ki, Coli bir müddət əvvəl "Tom Ford" brendinin kosmetikasının siması olub.