24 avqust 2024 12:27
355

Vladanka Andreyeva: Beynəlxalq ictimaiyyət COP29-un təşkilində Azərbaycana kömək etməlidir

BMT COP29-un keçirilməsində Azərbaycana dəstək vermək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “29 İqlim Söhbəti: COP29-a gedən yol” adlı tədbir çərçivəsində keçirilən “COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarında bildirib.

"Biz ev sahibi olan ölkəyə və COP29 sədrliyinə bütün təşkilati aspektlərdə dəstək olmaq istəyirik və ümid edirəm ki, bu, bizdə alınır", – o qeyd edib.

V.Andreyeva bildirib ki, COP-un başlamasına çox az vaxt qalıb və beynəlxalq ictimaiyyət onun təşkilində Azərbaycana kömək etməlidir: “Biz COP29-un uğurla keçməsini istəyirik”.