22 avqust 2024 13:15
317

ÜST rəsmisi: COP29 çərçivəsində ətraf mühiti qorumaq istiqamətində mühüm addımlar atılacaq

Planetimiz 4,5 milyard yaşındadır. Bundan 10 min il öncə mədəniyyət deyə bir anlayış yox idi. Sonra insan cəmiyyəti inkişaf etdikcə, sənaye istehsalı artdıqca, texnologiyanın inkişafı, bütün bunlar iqlim dəyişikliklərinə də səbəb oldu”.

“İki sahil” xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Şamaxıda keçirilən COP29 çərçivəsində “4-cü sənaye texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” mövzusunda tədbirdə çıxışında deyib.

“Texnoloji inkişafın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də çoxdur. Bu gün biz cəmiyyətdə ətraf mühiti qorumaq mədəniyyətini aşılamaq üçün səylərimizi birləşdirməliyik. Düşünürəm ki, Azərbaycanın ev sahibliyi edəcək COP29 çərçivəsində bu istiqamətdə çox mühüm addımlar atılacaq”, - deyə Hande Harmancı əlavə edib.