21 avqust 2024 18:12
400

Ben Afflek buna görə məhkəməni təxirə saldı

Məşhur müğənni Cennifer Lopez həyat yoldaşı Ben Afflekdən rəsmi şəkildə boşanmaq üçün məhkəməyə müraciət edib.

“İki sahil” xəbər verir ki, bu haqda TMZ portalı məlumat yayıb. Sənətçi bunu avqustun 20-də - toylarının 2-ci ildönümündə edib. CeyLonun məhz bu tarixi seçməsi sual doğurub. 

Mənbənin məlumatına görə, cütlüyün nikah müqaviləsi olmayıb. Sənədlərdə onların ayrılıq tarixi 26 aprel 2024-cü il göstərilib.

İndi onlar 2 illik nikah dövrü ərzində əldə olunmuş mülk və gəlirləri yarı bölməli olacaqlar.

Digər bir mənbə isə Ben Afflekin məhkəmə prosesini təxirə saldığını bildirib. Son vaxtlar o, bütün diqqətini 18 yaşlı qızı Violeti universitetə yazdırmağa cəmləyib. Mənbə vurğulayıb ki, aktyor bütün şəxsi məsələləri bir kənara qoyub.

Sonrakı araşdırmalar üçün ulduz varis Konnektikutda yerləşən Yale Universitetini seçib.