19 avqust 2024 22:49
356

Zəfər xalqımıza çox yaraşır

Azərbaycan Respublikası  tarixi müstəqilliyini əldə etdiyi andan bu günə qədər  Olimpiya Oyunlarında öz idmançıları ilə layiqli təmsil olunmuşdur. Azərbaycan Respublikası  ilk dəfə 1996-cı ildə müstəqil dövlət kimi Olimpiya Oyunlarına qatılıb və o gündən  etibarən hər Olimpiya Oyunlarında idmançılarla iştirakını təmin etməkdədir.

Cari ildə Fransada keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya komandası 48 idmançı ilə 15 idman növü üzrə təmsil olundu. Paris Oplimpiadası Azərbaycan Respublikasında idmanın dinamik inkişafının bariz nümunəsidir, hansı ki, cari illərə nisbətən ölkəmiz daha ön sıraya çəkilərək, 206 ölkə arasından 30-cu yerdə qərarlaşmışdır. İdmançılarımız bu Olimpiyadada 2 qızıl, 2 gümüş və 3 bürünc medalla xalqımızın yaddaşına həkk olunacaq tarixi nəticələrlə ölkəmizə qayıtdılar. Bu tarixi uğur ölkə idmanının böyük potensialının göstəricisidir. Cənab Prezident İlham Əliyevin ölkə üzrə həyata keçirdiyi islahatlar bütün sahələrdə, o cümlədən, idman sahəsində dinamik inkişafın açıq-aşkar göstəricisidir.
14 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etmişdir.
 Görüşdə çıxış edən dövlət başçısı, idmançılarımızı bu tarixi nailliyyətləri əldə etdikləri üçün, bayrağımızı beynəlxalq arenada ucaltdılqarı, Dövlət Himnimizi səsləndirdikləri və xalqımıza bu qələbə hissini yaşatdıqları üçün təbrik edib və təşşəkkürünü bildirmişdir.
Cənab Prezident, Olimpiya Oyunlarının dünya üzrə idman yarışları arasızanda xüsusi yer tutduğunu və bu yarışın dörd ildən  bir keçirilən idman bayramı kimi səciyyəsini, və bütün ölkələrin bu yarışa spesifik hazırlaşdığını qeyd etmişdir.
Həmçinin,  Ölkə Başçısı, Azərbaycanın müsəlman ölkələri arasında  yüksək nəticə göstərərək üçüncü yerdə qərarlaşmağını vurğulamışdır.

 Ümumiyyətlə, dövlətimizin başçısı İlham Əliyev, ölkədə idmanın ayrı-ayrılıqda bir çox növlərinin inkişafını , idmana rəhbərlik edən qurumlar arasında koordinasiyanın düzgün qurulmasını, federasiyaların və klubların uğurlu fəaliyyətini,  ölkədə  idman növlərinin daha inkişaf etdirilməsi üçün lazımi şərait olduğunu və bundan sonra idmançılarımızdan daha böyük nəticlər əldə edəcəklərini ümid etdiyini qeyd etmişdir.

Görüşdə, Olimpiya çempionu, cüdoçu Hidayət Heydərov da, çıxış edərək, cənab Prezidentə öz təşəkkürünü bildirmiş və bu nailliyyətin davamlı olacağını, Los-Anceles Olimpiadasında da eyni nəticəni göstərəcəyini və bir daha xalqımıza bu cür nəticələrlə  qələbə sevincini yaşadacağını söyləmişdir. Cənab Prezident, daha sonra idmançılarımıza və onların məşqçilərinə ordenləri təqdim etmişdir.

Azərbaycan xalqı, keçdiyi, məşəqqətli tarix yolunda hər zaman böyük çətinliklərə və ağır zərbələrə məruz qalmışdır. Ölkəmizin, bu tarixi və strateji ərazisi bütün tarixi dövrlərdə düşmənlərin mənfi niyyətlərini xalqımızın üzərindən əksik etməmişdir. Lakin, öz tarixi müstəqilliyimizi əldə etdiyimiz andan sonra, dövlətimiz güclənmiş, bütün beynəlxalq arenalarda öz iqtisadi,siyasi gücünü nümayiş etdirmişdir. Qüdrətli ölkəmizin memarı Ulu Öndər Heydər Əliyev, Azərbaycan xalqının, dövlətimizin hər zaman maddi,mənəvi irsinin qorunması, iqtisadi,sosial,təhsil,elm,mədəniyyət, idman və bir çox sahələrin inkişafı üçün, dünya arenasında Azərbaycanın qüdrətli dövlət kimi tanınması  üçün bütün fədakarlıqlarını əsirgəməmişdir. Və, Ulu Öndər, özündən sonra, xalqımıza, qüdrətli dövlət və Heydər Əliyev kursunun layiqli davamçısı kimi dövlət başçımız, cənab İlham Əliyevi bəxş etmişdir. Hal-hazırda Respublikamız, cənab Prezident İlham Əliyevin ,sarsılmaz siyasəti və islahatları sayəsində davamlı və intensiv inkişaf edir.
Dövlət başçımız, cənab İlham Əliyevin layiqli siyasəti nəticəsində, bizim, xalq olaraq, yaralı yerimiz olan, Qarabağımız, erməni işğalçılarından azad olunmuş və bizim, artıq, bütün dünyada qalib xalq olaraq, başımız ucadır.

Biz, Azərbaycan xalqı, bütün sahələrdə qələbəyə doğmayıq, zəfər  ən çox bizim xalqımıza yaraşır.

Tural İsmayılov,
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektoru üzrə aparıcı məsləhətçisi,
YAP Xətai rayon təşkilatının üzvü