19 avqust 2024 23:56
389

Azərbaycan milli komandasının uğuru

Azərbaycan 2024 Yay Olimpiya Oyunlarında — 2024-cü ilin 26 iyul–11 avqust tarixlərində Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növü üzrə təmsil olundu.

Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının 2020-ci il olimpiadasında baş verən eniş tempindən sonra artımı idi. Azərbaycanı son olaraq 2020-ci ildə 44 idmançı təmsil eləmişdi. Komandanın heyətində 48 idmançıdan 19-u qadın idi. Bu da Azərbaycanın Olimpiya Oyunları tarixində ciddi uğur idi. Bundan əvvəl 2020-ci ildə baş tutan turnirdə Azərbaycanı cəmi 16 qadın idmançı təmsil edirdi. Azərbaycan 2020-ci ildə Olimpiya Oyunlarında idman gimnastlarının və velosipedçilərin turnirlərində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növləri üzrə vəsiqə qazana bilmədi. Əvəzində Azərbaycanı Olimpiya Oyunlarında birinci dəfə 3x3 basketbolçular və batut gimnastları təmsil etdi. Azərbaycan yığmasının heyətində ən çox güləşçilər — 12 nəfər və cüdoçular — 9 nəfər yer aldı.

Komandanın heyətində 48 idmançıdan 29 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 24 idmançıdan 6 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu. Komandanın heyətində yer alan idmançılardan biri son Dünya çempionu, dördü isə son Avropa çempionu idilər. Cüdoçu Hidayət Heydərov isə həm son Dünya, həm də son Avropa çempionu olaraq olimpiada da mübarizə apardı. Ümumi olaraq Azərbaycan Milli Olimpiya Komandasının heyətində yer alan 18 idmançı Dünya və Avropa çempionu idilər.

Nəticədə Azərbaycan Milli Olimpiya Komandası Paris Olimpiadasını 7 medalla (2 qızıl, 2 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev final görüşündə qələbə qazanaraq Paris Olimpiadasının qalibi oldu. Taekvondoçu Qaşım Maqomedov həlledici görüşdə zədə səbəbilə məğlub olaraq olimpiadanın gümüş medalına sahib oldu, yunan-roma güləşçisi Həsrət Cəfərov isə Paris Olimpiadasısını bürünc medalla başa vurdu

Elmira Dostuyeva,
264 nömrəli məktəb-liseyin cografiya muəllimi,