19 avqust 2024 12:46
390

Olimpiya Oyunları tarixində ciddi uğur

İdman sağlamlıqdır. Sağlam bədənlə sağlam ruh olar. Dövlətimizin günü gündən çiçəklənməsi inkişafı dünyada tanınması üçün sağlam ruhlu gənclərə ehtiyacı var. İdmanla məşğul olan gənclərimiz hər cür pis vərdişlərdən uzaqdırlar.Dünyanın başlıca problemlərindən olan narkomaniya, təəsüf ki ölkəmizdə sürətlə yayılmaqdadır. Bunun qarşısını almaq üçün gəncləri sağlam həyata cəlb etmək lazımdır.Dövlət başçımız,Cənab İlham Əliyev sağlam gənclik uğrunda əlindən gələni əsirgəməyib. İdmana verilən önəmi də bu addımlardan ən başlıcasıdır.İdmanlara verilən dəyər bu sahənin inkişafına səbəb oldu. Xüsusəndə Dövlət Başçısı qiymətləndirirsə,motivasiya artır.Cənab Prezident İlham Əliyevin onlara zəng vurması, idmançılarla görüşməsi gələcək qələbələrimizə bir motivasiyadır.

XXX-cu Yay Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya Komandası 48 idmançı ilə 15 idman növü üzrə təmsil olunur.2020 ci ildə 44 idmançı təmsil edirdi..Bu Azərbaycan Olimpiya Oyunları tarixində ciddi uğur idi.Komandanın heyətində yer alan idmançılardan biri son Dünya çempionu ,dördü isə son Avropa çempionu idilər. Ümumi olaraq Azərbaycan Milli Olimpiya Komandasının heyətində yer alan 18 idmançı Dünya və Avropa çempionu idilər.İdmançılarımız Paris Olimpiadasını 7 medalla başa vurdu.Komandamız medalların əyarına  görə 30-cu pillədə,medalların sayına görə 33-cü pillədə qərarlaşdı. Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir.Dövlətimizin iqtisadi qüdrətinin ildən ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir.İndi Azərbaycan Lider dövlət olaraq öz sözünü deməyi bacarır.Həmin siyasətdir ki,idmançılarımız ondan ruh alaraq əzəmətli oyun nümayiş etdirirlər .Biz fəxr edirik ki dünyanın idman arenalarında əksərən bizim idmançılarımız qürurla dayanaraq Azərbaycan Dövlət Himnini əllərini sinələrinə qoyub çaldırırlar.Dünya artıq Azərbaycanı olduğu kimi qəbul edir. "Qarabağ Azərbaycandır"kəliməsi dünyada qəbul edilmiş afarizmə çevrilmişdir.Harada qalibiyyət varsa,orada Azərbaycan var .Bu, Dövlətimizin apardığı doğru siyasətin nəticəsidir.Yaşasın güclü idmançıları olan Azərbaycan dövləti.

Aytən Nurməmmədova,
269 saylı orta məktəbin Azərbaycan dili müəlliməsi,
YAP Xətai rayon təşkilatının üzvü