19 avqust 2024 12:38
368

Olimpiya Oyunlarında qazanılan parlaq qələbələr

Olimpiyada oyunları kimi tanınan Yay Olimpiya Oyunları adətən dörd ildə bir dəfə keçirilən böyük beynəlxalq çoxnövlü idman tədbiridir.İlk Oyunlar 1896 - cı ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilmişdir.    Azərbaycan Milli Olimpiya Komitəsi 14.01.1992 - ci ildə təsis edilmiş, 23.09.1993 - cü ildə isə Beynəlxalq Olimpiya Komitəsinə üzv olmuşdur. Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevdir.  Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı çıxışları üç fərqli dövrə təsadüf edir. Bunlar aşağıdakılardır :

1)SSRİ yığma komandası tərkibində (1952-1988)

2)Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında (1992)

3)Azərbaycan Respublikasi bayrağı altında (1996-davam edir)

İlk medal qazanan Azərbaycanlı idmançı Rəşid Məmmədbəyovdur.O,1952-ci ildə Helsinkide keçirilən XV Olimpiya oyunlarında SSRİ bayrağı altında güləş idman növündə gümüş medal qazanmışdır.Azərbaycan idmançılarından bir çoxu SSRİ bayrağı altında uğur qazanmışdır.Bura misal olaraq voleybol idman növündən İnna Riskal,həndbol idman növündən Rəfiqə Şabanova, Lyudmila Şubina,sərbəst güləşdən Aydın İbrahimov,qılınc oynatmadan İlqar Məmmədov  və başqalarını misal çəkmək olar. Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxdığımız 1992-ci il Barselona XXV Olimpiya Oyunlarında həmyerlimiz Nazim Hüseynov cüdo idman növündən qızıl medal qazanmışdır.   1996-cı ildən artıq Azərbaycan müstəqil ölkə olaraq yarışlara qatıldı.1996-cı il Atalantada keçirilən XXVI Olimpiya oyunlarında Azərbaycan millisi 23 idmançı ilə təmsil olunurdu.Bu yarışda Azərbaycan millisi 61-ci yeri tutmuşdur və 1 medal qazanmışdır.Namiq Abdullayev sərbəst güləşdən gümüş medal qazanmışdır.   2000-ci ildə Sidneydə keçirilən XXVII Olimpiya Oyunlarında Azərbaycan millisi 31 idmançı ilə çıxış edirdi.Bu yarışlarda həmdə əlamətdar bir hadisə yaşanmışdır.Azərbaycan müstəqil Dövlət olaraq ilk qızıl medalı qazanmışdır. Zenfira Mehtihaddinova stend atıcılığından qızıl medal qazanmışdır.Ardıcıl olaraq isə Namiq Abdullayevdə sərbəst güləşdən bu uğuru təkrar etmiş və qızıl medal qazanmışdır.Bu yarışlarda digər idmançılarımızdan boks idman növündəVüqar Ələkbərov bürünc medal ilə kifayətlənmişdir.Azərbaycan millisi komanda hesabında isə 34 cü yeri tutmuşdur. 2004-cü ildə yarışlar Afina şəhərində keçirilirdi və bu yarışlarda ölkəmizi 38 idmançı təmsil edirdi.Komanda hesabında 50 ci yeri tutduğumuz bu yarışlarda 5 medal qazana bildik.Bunlardan 1 i qızıl ( Fərid Mansurov yunan roma güləşi),

4 isə bürünc medal olmuşdur.Bürünc medal qazanan idmançılarımız :

İradə Aşımova (güllə atıcılığı),Zenfira Mehtihhaddinova (stend atıcılığı),

Ağası Məmmədov (boks),Fuad Aslanov(boks).

2008 ci ildə sayca XXIX Olimpiya Oyunları Çinin paytaxtı Pekində keçirilirdi. Azərbaycan millisi bu yarışlarda 44 idmançı ilə təmsil olunurdu.Bu yarışda

ölkəmiz 1 qızıl,1 gümüş və 4 bürünc medal əldə etdi.Elnur Məmmədli cüdodan qızıl medal qazandı.Rövşən Bayramov yunan roma güləşindən gümüş medal əldə edərkən,Mövlud Mirəliyev (cüdo),Mariya Stadnik (güləş),Xetaq Qazyukov(güləş), Şahin İmranov(boks) bürünc medalla kifayətləndi.Ölkə sıralamasında isə 39-cu yerlə kifayətləndik. 2012-ci il London Olimpiya Oyunlarında Azərbaycan millisi 53 idmançı ilə təmsil olunurdu.Bu yarışda ölkəmiz 2 qızıl,2 gümüş,5 bürünc medal əldə etdi. Toğrul Əsgərov və Şərif Şərifov sərbəst güləşdən ölkəmizə qızıl medal qazandırdı. Rövşən Bayramov(yunan roma güləşi) və Mariya Stadnik (sərbəst güləşdən) gümüş medal qazandılar.Teymur Məmmədov(boks),Məmmədrəsul Məcidov(boks) Yuliya Ratkeviç(sərbəst güləş),Xetaq Qazyumov(sərbəst güləş) və Emin Əhmədov (yunan roma güləşi) bürünc medal əldə etdilər.Komanda hesabında millimiz 30-cu yeri tutdu.   2016- ci ildə Reo De Janero XXXI Olimpiya Oyunları keçirildi.Azərbaycan millisi bu yarışda 56 idmançı ilə təmsil olunurdu və 18 medal qazanib yarışları 39-cu yerdə tamamladı.Medal qazanan idmançılarımız aşağıdakılardır :  Radik İsayev (taekvondo) qızıl medal,Rüstəm Orucov (cüdo) gümüş, Elmar Qasımov (cüdo) gümüş,Mariya Stadnik (sərbəst güləş) gümüş, Valentin Damyanenko (1 nəfərlik qayıqda avarçəkmə 200 metr) gümüş, Toğrul Əsgərov (sərbəst güləş) gümüş,Lorenso Sotomayor (boks) gümüş, Xetaq Qazyumov (sərbəst güləş) gümüş,Sabah Şəriəti (yunan roma güləşi) bürünc, İnna Osipenko Radomska (1 nəfərlik qayıqda avarçakmə 200 metr) bürünc, Rəsul Çunayev (yunan roma güləşi) bürünc,Patimat Abakarova (taekvondo) bürünc,Kamran Şahsuvarlı (boks) bürünc,Nataliya Sinişin (sərbəst güləş) bürünc,Hacı Əliyev (sərbəst güləş) bürünc,Cəbrayıl Həsənov (sərbəst güləş) bürünc,Milad Beigi (taekvondo) bürünc,Şərif Şərifov (sərbəst güləş) bürünc.   2020-ci ildə Olimpiya Oyunları Tokyoda keçirildi.Millimiz 44 idmançı ilə yarışlara qatılmışdı və komanda hesabında 67-ci yeri tutmuşdur.Bu yarışda 7 medal əldə olundu.Hacı Əliyev (sərbəst güləş) gümüş,Rafael Ağayev (karate) gümüş,İrina Zaretska (karate) gümüş,Mariya Stadnik (sərbəst güləş) bürünc, Alfonso Dominqes (boks) bürünc,Rafiq Hüseynov (yunan roma güləşi) bürünc, İrina Kindzereska (cüdo) bürünc.   2024-cü ildə Olimpiya Oyunları Faransanın paytaxtı Parisdə keçirildi.Ölkəmizi bu yarışda 48 idmançı təmsil edirdi.Ölkəmiz bu yarışda komanda hesabında 30-cu yerə sahib çıxdı.Parisdə keçirilən yarışda idmançılarımız 7 medal qazandı. Hidayət Heydərov (cüdo) qızıl,Zəlim Kotsoyev (cüdo) qızıl,Qaşım Maqomedov (taekvondo) gümüş,Alfonso Dominqes (boks) gümüş,Həsrət Cəfərov (yunan roma güləşi) bürünc,Giorgi Meşvildişvili (sərbəst güləş) bürünc, Məhəmmədxan Məhəmmədov (sərbəst güləş) bürünc medal.   Bu məlumatlar özünü göstərir ki,Azərbaycan idmanı,Azərbaycan idmançıları müxtəlif vaxtlarda beynəlxalq arenalarda öz sözünü deməyi həmişə bacarmışdır. Azərbaycan idmanının bu sayəyə gəlib çatmasında Cənab Prezidentimiz İlham Əliyevin böyük rolu olmuşdur.İstər idmana ayrılan diqqət,qayğı həmişə göz önündə olmuşdur.Azərbaycan idmançıları təkcə Olimpiya Oyunlarında deyil müxtəlif idman turnirlərində də həmişə uğur qazanmışdır.Bura bir çox yarışları (dünya və avropa çempionatların) misal göstərmək olar.Buda onun göstəricisidir ki,Azərbaycan güclü idman dövlətidir.Vətənimizin mərd idmançıları,ən yüksək qiymətə layiqdirlər.Onlar müxtəlif vaxtlarda,müxtəlif ölkələrin arenalarında Azərbaycanın şanlı bayrağını dalğalandırıblar.Biz Azərbaycan xalqı olaraq onlarla fəxr edib qürur duyuruq.Arzumuz odur ki,bundan sonraki nəsillərdə bucür şəxsiyyətlərdən nümunə götürüb daima adımızı,şərəfimizi,bayrağımızı yüksəklərdə tutsunlar.

Həmid Zeynalov,
Bakı şəhəri, Xətai rayonu Rüfət Məmmədov adına 269 nömrəli tam orta məktəbin fiziki tərbiyə fənn müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü