İdmana göstərilən diqqət Azad edilmiş ərazilərdə də həyata keçirilir. Bütün azad edilmiş şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq. Burada idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bu sırada Xankəndidə “Qarabağ” stadionu, Ağdamın məşhur “İmarət” stadionu, Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməlinin qoyulmasını göstərmək olar.
Bütün bunların fonunda Fransada təşkil olunan Olimpiya Oyunlarında əldə olunan uğurlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.
Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı Ölkə Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir”.
Onu da qeyd edək ki, idmanın təbliği və bu sahəyə olan maraq ildən-ilə yüksəlir. Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Həyata keçirilən idman siyasəti ölkəmizin daha geniş arenada təbliğinə mühüm töhfələr verəcək.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşlkilatının əməkdaşı