18 avqust 2024 15:39
434

Alen Delon 88 yaşında dünyasını dəyişib

"Plein Soleil", "Notre histoire", "L'Eclisse" kimi filmlərdə rol alan dünya şöhrətli fransız aktyoru Alen Delon 88 yaşında dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, 1935-ci ildə Fransanın Paris şəhərində anadan olan Delon 4 yaşında himayədar ailəyə verilib.

Məktəbdən qovulan, gəncliyində hambal və ofisiant işləyən Delonun həyatını kino dəyişib.

Dövrün məşhur fransız aktyoru Jan-Klod Briali ilə 1950-ci illərin ortalarında tanış olması onun həyatının dönüş nöqtəsi olub.

Fransız Frank Sinatra kimi tanınan Alen Delon 1960-70-ci illərdə böyük şöhrət qazanmışdı.

80-dən çox filmdə rol alan fransız aktyorun son filmi “Toute Resemblans” olub.

2019-cu ildə Kann Film Festivalında fəxri Palma budağı alan Delon elə həmin il insult keçirdi.

İllərdir Duşidəki evindən çıxmayan Delon burada dünyasını dəyişib.

"Plein Soleil" (Qəzəbli Günəş), "Notre histoire" (Ayrı otaqlar) və "L'Eclisse" (Günəşin batması) kimi məşhur filmlərdə rol alan Delon filmdəki performansına görə Fransa Oskarı kimi tanınır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”