16 avqust 2024 23:34
397

Azərbaycan idmançıları bütün xalqı sevindirib

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal almış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərək idmançılarımızı qazandıqları qələbələr münasibətilə təbrik etmişdir.

Ölkə başçısı görüşdə çıxış edərək bildirdi: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və  əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlardakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda dünyanın ən güclü 30 olkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı  nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bird aha təbrik etmək istəyirəm. Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.”

Cənab Prezident İlham Əliyev qızıl medalçılarımızı – Hidayəti və Zelimi xüsusi təbrik etdi və onların Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş  etdirdiklərini bildirdi.

Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, ölkəmizin uğurlu Oyunlarından sonra, idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi ardıcıl aparılacaq. Həm cüdo, həm də digər idman növləri  ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Bu nailiyyətlər medallar qazanmış idmançıların məsuliyyətini də artırır.

Dövlətimizin Başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın   zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş  etdiyini dedi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, idmançılarımız təkcə məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçilmişlər, bununla da, yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdilər.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri