15 avqust 2024 14:51
396

Məşhur amerikalı aktrisa vəfat etdi

Məşhur amerikalı aktrisa Cina Roulends vəfat edib.

“İki sahil” xəbər verir ki, o, 94 yaşında  Kaliforniyadakı evində dünyasını dəyişib.

Xatırladaq ki, aktrisa 5 ildir Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Bu barədə onun oğlu, rejissor Nik Kassavetis məlumat yaymışdı. Diqqət çəkən nüans Cinanın rol aldığı "Not dəftəri" filmində canlandırdığı obrazın da eyni xəstəlikdən əziyyət çəkməsi olub. 

Cina həm də mərhum həyat yoldaşı Con Kassavetesin rejissoru olduğu “Təsir altında olan qadın” (1974) və “Qloriya” (1980) filmlərindəki rolları ilə tanınır. O, hər iki film üçün "Oskar"a namizəd olub.