Almaniyanın qərbindəki Haylerkirhen şəhərində yerləşən NATO-ya məxsus aviabaza mümkün təxribat şübhələrinə görə bağlanıb.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.
Aviabaza komandanlığının nümayəndəsi kazarmaların da bağlandığını bildirib. Ərazidə içməli suyun mümkün çirklənməsini yoxlamaq üçün araşdırma aparılır. Bazanın öz su təchizatı var.
NATO-nun kəşfiyyat təyyarələri Haylerkirhen aviabazasında yerləşir.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib