13 avqust 2024 17:51
417

Elza Seyidcahandan maraqlı paylaşım: Bəstələyirəm, dəstələyirəm sizin üçün...

Əməkdar artist Elza Seyidcahan sosial media paylaşımı ilə diqqət çəkib.

“İki sahil” xəbər verir ki, sənətçi yeni fotolarını izləyiciləri ilə bölüşüb.

O, paylaşımına "Gəlirəm, gedirəm özüm üçün. Bəstələyirəm, dəstələyirəm sizin üçün. Kəşf edirəm, bəxş edirəm bizim üçün. Hər nəfəs alıram onun üçün" şərhini yazıb.

Qeyd edək ki, E.Seyidcahan növbədənkənar parlament seçkiləri üçün namizdəliyini irəli sürüb.