13 avqust 2024 14:50
395

Acun hotelin bütün otaqlarını bron etdi

Xəbər verildiyi kimi, "TV 8"in rəhbəri Acun Ilıcalı sevgilisi Ayça Çağla ilə evlənir.

“İki sahil” xəbər verir ki, 55 yaşlı iş adamı ilə 25 yaşlı sevgilisi toy hazırlıqlarına başlayıb. 

Bunun üçün Acunun Muğlada hotellərdən birinin bütün otaqlarını öncədən bron etdiyi bildirilib.

Qeyd edək ki, 3 dəfə evlənib boşanan Acunun müxtəlif evliliklərindən 4 qız övladı var. Bu, Acunun 4-cü evliliyi olacaq.