13 avqust 2024 00:17
360

Quzunu qurdla yeyib çobanla ağlayan molla rejimi

Hakimiyyət dəyişikliyinə baxmayaraq İran Ermənistanla münasibətlərini dəyişdirmir. Əksinə, daha da sıxlaşdırır və istiləşdirir. Bunu gələn rəsmi məlumatlar  da təsdiq edir. Belə çıxır ki, mollalar çullarını dəyişsələr də, əməllərini dəyişmək fikrində deyillər.

 

Xəbər verilir ki, Ermənistanın Gorus şəhəri ilə İranın Kaşan şəhəri tezliklə qardaşlaşmış şəhərlər olacaq.

Bu barədə mətbuata Gorus şəhərinin meri Aruşan Aruşanyan məlumat verib. Merin sözlərinə görə, artıq İranın Ermənistandakı baş konsulu ilə ilkin razılaşmalar əldə olunub, qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində əməli addımlar atılıb.

Aruşanyan vurğulayıb ki, Kaşanla tərəfdaşlıq erməni toplumu və İran xalqları arasında əlaqələrin möhkəmləndirilməsi üçün yeni imkanlar açacaq. "Ümid edirik ki, Kaşanla belə əməkdaşlıq İrandan daha çox qonaq cəlb edəcək", - deyə mer əlavə edib.

“İran konsulluğunun Qafanda açılmasından il yarım keçib:  "Bu, hər hansı bir iş görmək üçün çox az vaxtdır, lakin min illik tarixi keçmişimizə əsaslanaraq, planlarımızı çox tez həyata keçirə bilmişik”. Bu fikirləri isə jurnalistlərlə söhbətində Ermənistanda keçirilən festivalda iştirak edən İran konsulu Morteza Abedin Varamini söyləyib. O, daha sonra deyib: “Ticarət əlaqələrinin inkişafı ilə bağlı planlar və layihələr var. İranın Süniklə bağlı strategiyası çox aydındır. Cənab Nikol Paşinyan İrana səfər edərkən İranın ali ruhani lideri ilə görüşdü və İran bu strategiyasını ona çatdırdı. İran-Ermənistan sərhədinin dəyişməzliyi İran üçün qırmızı xətdir”.

Görürsünüzmü, İranın ali rütbəli şəxsləri miniilik qardaşlıqdan necə dəm vururlar? İslam dinini müsəlmanların qatı düşmənlərinə çox ucuz qiymətə satan  İran mollaları vicanlarını və əqidələrini murdar hayların ayaqları altına atmaqdan belə çəkinmirlər.

Müsəlman ölkələrini, o cümlədən Azərbaycanı xristian dövlətləri ilə, əsasən də İsraillə  əməkdaşlığa və mehriban münasibətlərə görə tənqid və təhdid edən molla rejimi Ermənistanla qardaşlığını müsəlman aləminə eyib və ya xəyanət hesab etmir. Bu azmış kimi Birinci Qarabağ müharibəsində işğalçı Ermənistanla Azərbaycanın şəhər və kəndlərini dağıdıb külünü göyə sovurmaqda əlbir olublar. Həmin illərdə Qarabağ ərazisindən narkotik tranziti kimi istifadə edərək yüz milyonlar əldə ediblər. Utanmadan İrəvan şəhərinin mərkəzindəki məscidi öz adlarına çıxıblar. Birinci və İkinci Qarabağ müharibələrində İranın hərbi mülki adamları erməni quldurları ilə birlikdə varidatımızı ələ keçirib bölüşdürüblər. Fars rejiminin başbilənləri Azərbaycanın Qarabağ Zəfərini əvvəldən həzm edə bilmirlər. Keçmiş prezident Ermənistanın baş nazirinin arvadı Anna Akopyanı fəxri qonaq kimi müsəlmanların müqəddəs ziyarətgahlarına aparmaqdan belə çəkinmədi. Artıq dördüncü ildir ki, müsəlmanların üz qarası olan molla rejimi Zəngəzur dəhlizinin açılmasına maneçilik törədən yeganə dövlət olaraq qalır. Bu qəddar rejim bəzi məsələlərdə hətta Ermənistandan da artıq sərtlik nümayiş etdirir, Azərbaycana qarşı “qırmızı cizgilər” tətbiq etməyə cəhd göstərir. Qısaca desək, Ermənistanla birləşib Azərbaycanı talayan molla rejimi xalqımıza etmədiyi zülm qalmayıb. Hələ Arazın o tayında Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının əllərindən alınmasının və onlara azadlıqların yasaq olunmasını demirik. O da başqa bir böyük mövzudur. Ancaq nəhayət, bir gün bütün bunların da bir sonu gələcək.

Vəli İlyasov, “İki sahil”