12 avqust 2024 11:50
350

Qardaşlıq münasibətləri

Dünya tarixində ikili xarakterdə iştirak edən siyasətçilər həmişə məğlub olublar. Ulu Öndər Heydər Əliyevin bir məqsədi, bir yolu, bir amalı var idi. Bu müqəddəs yolun davamçısı Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Dünyada imzası olan Azərbaycanı daha da inkişaf etdirərək etibarlı tərəfkeşə çevirmək onun ən ali məqsədidir. Bu uğurların açarı isə Türk dövlətlərinə etimadın əsasıdır.  Azərbaycan Mərkəzi Asiya ölkələri Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər. 

Bu ölkələr sıx tarixi mədəni əlaqələrə malikdir. Qurulan möhkəm əlaqələrin mərkəzində müdafiə və təhlükəsizlik məsələləri durur. Əlbəttə nəqliyyat və kommunikasiya məsələləri də əsas diqqətdədir. Xüsusən də Trans – Xəzər dəhlizi işləməsinə Azərbaycanla əlaqələrin genişlənməsinə diqqət yetirilir.
Strateji tərəfdaş gələcək üçün geniş potensialdır. Əlbəttə dostluq, qardaşlıq və mədəni əlaqələr də çox önəmlidir. Bütün bu əlaqələr gələcək üçün yeni üfüqlər açır. Azərbaycanın xarici siyasətdə Mərkəzi Asiya münasibətləri Türk Dövlətləri Birliyinin vasitəsilə olmuşdur. 
Mərkəzi Asiya həm geosiyasi, həm də geoiqtisadi əhəmiyyətli bölgədir. Tarixən Avrasiya Dünya siyasətinin qəlbi adlanırdı. Bu da əsas Orta Asiyadan başlanır. Bu gün bütün dünyanın diqqəti Azərbaycandır. Çünki, cənab Prezident qol qoyduğu bütün işlər reallaşır.

Qeyd etmək lazımdır ki, Mərkəzi Asiya Dövlət başçılarının məşvərətçi görüşlərinin keçirilməsi təşəbbüsü 2017 – ci ildən Özbəkistan prezidenti Şavkat Mirzoyevə aiddir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Respublikalarına səfəri, o cümlədən imzalanan sənədlər Türk dünyasında gələcəyin karantıdır.
Dövlət başçımızın müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən “Şanxay əməkdaşlıq təşkilatına” üzv ölkələrin sammitinə, ərəb dövlətləri liqasının 31 – ci zirvə toplantısına, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin 6 – cı Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan nüfuzunun beynəlxalq aləmdə yüksələn mövqeyinin göstəricisidir. Bu amil özünü Mərkəzi Asiya ölkələri ilə atılan birgə addımda da aydın görünür. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın quruculuq işlərinə verilən töhvələri vurğulamaq lazımdır. 
Bu il Avqustun 9 – da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya Respublikaları və Azərbaycan prezidentinin görüşü bu baxımdan olduqca yadda qalandır. Bu görüşdə Prezident İlham Əliyev gələcəyə dair mühüm mesajlar verdi. 

Ölkə prezidenti Azərbaycan və Mərkəzi Asiya ölkələrinin artan strateji əhəmiyyətə malik olan vahid tarixi – mədəni coğrafi region kimi dəyərləndirərək dostluq münasibətlərinə qardaşlıq dəstəyinə diqqət çəkdi. “Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurman qazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açıldıqı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğız hədiyyəsi olan orta məktəbin təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızstan prezidentlərinə təşəkkürümü bildirirəm.”
Bu gün Dünya qan çanağıdır. Dünyanın bölüşdürülməsi prosesi gedir. Qalib Lider dünyada artan təhdid və çağırışların ölkələrimiz arasında təhlükəsiz sahədə əməkdaşlığın daha da güclənməsini tələb etdiyini önə çəkərək, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “ Birləşdik – 2024” beynəlxalq əməliyyat taktik komando qərargah təlimini xüsusilə vurğuladı. Həyata keçirilən birgə təlimlər yeni bilik və praktik vərdişlərin qazanılması ilə bərabər həm də hərbi ittifaqı möhkəmləndirir. Belə ki, bəzi Qərb ölkələrinin bölgəyə olan gələcək təhdidlərin qarşısını vaxtında almasına xidmət edir. 

Onu da qeyd etmək lazımdır ki, Mərkəzi Asiyadan olan müdavimlərin Azərbaycan hərbi təhsil müəsisələrində təhsil alması elə bu deyilənlərin nəticəsidir. 2020 – ci il Vətən müharibəsindən sonra daha çox praktik hərbi təlimlər keçirilməsi başlanıldı.

Azərbaycanda Mərkəzi Asiya ölkələrinin birləşmiş gücləri hərbiçilərin peşəkarlığının artırılması müdafiə sənayesi ilə maraqlıdır. Hazırda dünyada qütbləşmə gedir. Belə bir vaxtda Azərbaycan prezidentinin istənilən çağırışlara hazırıq deməsi ona görədir ki, Türk birliyi əlbəttə Türkiyə başda olmaqla gücdən heç də yan keçmir. O gücdən söhbət gedir ki, “yaşıl enerji sahəsi”nə töhvə məqsədi ilə Azərbaycan, Qazaxıstan, Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi razılığı ilə imzalanan əməkdaşlıq memorandumu, Bakı – Tblisi – Qars dəmir yolunun, Ələt Beynəlxalq Ticarət limanının imkanları sözü gedən region ölkələrini böyük inkişaf yoluna çixaracaq. Bütün bunları beynəlxalq səviyyədə güc mərkəzləri, nüfuzlu təşkilatlar tərəfindən dəstəkləyir. Bu özünü “ COP29”un timsalında özünü açıq şəkildə göstərir. Bu da bundan sonra da bu münasibətlərin daha da güclənməsinə əsas yaradır.
Sonda onu demək istəyirəm ki, 2 ildə ölkə prezidentinin 16 dəfə Mərkəzi Asiya ölkələrinə işgüzar səfəri və onun dəfələrlə fəxri qonaq kimi dəvət olunması dostluq və qardaşlığın bariz nümunəsidir. Türk dövlətləri bizim ailəmizdir. Azərbaycanın baxışları belədir.

Nuriyyə Hüseynova,
R.Əliyev adına 254 №-li tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü