09 avqust 2024 18:50
462

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə geniş investisiya layihələri həyata keçirir

Avqustun 9- da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya d.vlət başçılarının görüşündə iştirakı bir daha göstərir ki, ölkəmizə və onun rəhbərinə bu regionda da xüsusi önəm verirlər. Xüsüsilə son on illikdə Mərkəzi Asiya ölkələrinin Bakı-Tbilisi-Qars (BTC) dəmir yolundan isitfadəsi geniş miqyas alıb. Belə ki, bu dövrdə BTC-nin yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırmışdır. Bu barədə Prezident İlham Əliyev sözügedən görüşdə bildirmişdir ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir: « Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir»,

Dövlət başçılarının görüşündə qardaşlıq münasibətlərinin daim inkişaf etməsindən danışan  Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Burada sevindrici məqam odur ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.

Dövlət başçılarının grüşünə ev sahibiyi edən Qazaxstan Prezideni cənab Tokayev noyabr ayında Bakıda keçiriləcək  COP29-un qlobal əhəmiyyətindən danışaraq bu işdə azərbaycanlı həmkarına təşəkkürünü  bildirmişdir. O demişdir ki, Azərbaycanın belə böyük tədbirlərə ev sahibliyi etmək təcrübəsi zəngindir və bu tədbirin uğurla kecəcəyinə tamamilə əmindir.

Prezident İlham Əliyev verilən dəyərdən məmnunluğunu ifadə edərək demişdir: «Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır. Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram,».

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri