Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin monitorinqində iştirak edəcək Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) müşahidəçilər missiyasının tərkibi açıqlanıb.
Qurumun mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, GUAM-ın baş katibi Altay Əfəndiyev missiyanın rəhbəri təyin edilib.