02 avqust 2024 00:06
410

Kərimlinin troll dəstəsinin ucuz şousu

İlk dəfə ölkəmizin bütün ərazisində baş tutacaq parlament seçkilərini ən yüksək səviyyədə azad, ədalətli və şəffaf keçirilməsi üçün  bütün imkanlardan istifadə olunur.

Amma antimilli ünsürlər ölkədəki demokratik mühiti qaralamaq üçün dəridən-qabıqdan çıxmaqdadırlar. Əli Kərimli və başına topladığı trol dəstəsi bu məsələdə fəaldırlar. AXCP sədrinin sabiq müşaviri Ramiz Tağıyev  belələrindən biridir. O, öz feysbuk səhifəsində AXCP sədri Əli Kərimlivarı “Ölkədə seçki mühiti varmı?“ kimi ritorik sualla gündəmə gəlmək istəyib. Əli Kərimlinin yalan danışmaq  ənənəsini davam etdirən bu şəxs qarayaxma ilə məşğuldur. Amma onun diqqətinə çatdıraq ki, görmək, etiraf etmək istəməsələr də ölkəmizdə çox gözəl seçki mühiti var. Azərbaycan demokratik dəyərlərin möhkəmləndirilməsi istiqamətində ciddi uğurlar əldə edib. Hər kəs fikrini azad şəkildə ifadə edir. Amma bu azadlıqdan faydalansalar da, etiraf edə bilmirlər. Bəlkə də buna görə sizləri qınamaq da olmaz.  Çünki belə nəsnələri yalnız və yalnız sidq ürəklə Vətənə xidmət edənlər, onu qərəzli fikirlərdən qoruyanlar görə bilirlər.  Bəli, ölkədə çox şəffaf seçki mühiti var. Bu da bir faktdır ki, Mərkəzi Seçki Komissiyası tərəfindən 23 ölkə və  beş qurumdan ümumilikdə 94 beynəlxalq müşahidəçi qeydə alınıb. Xarici İşlər Nazirliyi tərəfindən seçkiləri izləmək üçün 7, Milli Məclis tərəfindən isə 13 beynəlxalq təşkilata dəvət göndərilib. Şübhəsiz, bütün bunlar onu deməyə əsas verir ki, Milli Məclisə VII çağırış üzrə seçkilər hər zaman olduğu kimi demokratik mübarizə şəraitində keçəcək və ali qanunverici orqanın irəliyə doğru inkişafına daha yüksək səviyyədə xidmət edəcək.

Qeyd edək ki, ilk dəfə 26 siyasi partiyanın AXCP istisna olmaqla 25-i parlament seçkilərində iştirak edəcək. Şübhəsiz, bu da seçicilər üçün geniş imkanlar yaradır. Son məlumata görə, avqustun 1-dək  Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1489 nəfər müraciət edib. Onlardan 459 nəfərin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb. 1389 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Deputatlığa namizədliyini irəli sürənlərdən 1333 nəfəri imza vərəqəsi alıb, 802 nəfər isə imza vərəqələrini qaytarıb, 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Amma antimilli ünsürlər yenə öz sayıqlamalarını davam etdirirlər.  Müsavat partiyası Ali Məclisinin sədri Arif Hacılı Milli Məclisə növbədənkənar seçkilərə qatılmış 6 Müsavat təmsilçisinin namizədliyinin indiyədək qeydə alındığını bildirməklə yanaşı, guya bəzi seçki dairələrində Müsavat namizədlərinin qeydiyyatına süni əngəl yaradılmasından söz açıb. Görəsən, namizədliyini irəli sürənlərin hər bi­rinin sənədlərinin diqqətlə araşdırılması nə vaxtdan mane hesab olunur? Arif Hacılı utanıb-qızarmadan guya təhrik və təhdid üsullarından istifadə edilərək onların namizədlərinin seçki marafonundan uzaqlaşdırmağa cəhdlər olunduğunu vurğulayıb. Di gəl, ortaya heç bir  fakt qoymur. Niyə? Çünki belə bir fakt yoxdur. Olsaydı, şübhəsiz ki, elə haray çəkərdi ki, gəl görəsən.  Arif bəy, unutma ki, seçib-seçilmək hər bir kəsin konstitusion hüququdur. Heç kimin ixtiyarı yoxdur ki, bu hüququ onla­rın əlindən alsın.  Alınmır da... Bu mənada heç bir maneədən söhbət gedə bilməz. Hansısa bir sənəddəki bu ya digər səhvin aradan qaldırılmasını isə əngəl kimi qələmə vermək  siyasətçiyə yaraşan hərəkət deyil. Ucuz şoudur.

Qvami Məhəbbətoğlu, “İki sahil”