İyulun 30-da Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal olunan 1972-ci il təvəllüdlü Hüseynov İsgəndər Yusif oğlunun axtarışları fasiləsiz olaraq davam etdirilir.
Bu barədə “İki sahil”ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Aviasiya dəstəsinin helikopterləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar aparılır.
Əlavə məlumat veriləcək.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Qarabağ suvarma kanalının gücü artırılacaq, daha 51 min hektar torpaq suvarılacaq