31 iyul 2024 17:16
534

Bakıda Rixard Zorgenin abidəsi təmizlənərək abadlaşdırılıb- FOTO

“Abidələrə qayğı” – Bakı şəhərində heykəltəraşlıq əsərlərinin təmizlənməsi və abadlaşdırılması layihəsi çərçivəsində növbəti təmizləmə- abadlıq işləri davam edir.

Mədəniyyət Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, Rixard Zorgenin abidəsi — Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin şərəfinə 1981-ci ildə ucaldılıb.

Heykəltəraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanıb. Abidənin quruluşu qeyri-adidir. Hündür qara qranit pyedestalda, tuncdan və qranitdən hazırlanmış yarımdairəvi abidə qurulub. Onun üzərində mübariz qəhrəmanın üzü həkk edilib. Müəllif kəşfıyyatçının gözlərinə xüsusi diqqət vermişdir. Hal-hazırda Zorge abidəsi üzərində yüksək təzyiqli su püskürmə üsulu ilə təmizləmə işləri yekunlaşıb.