31 iyul 2024 11:16
305

Ana dili hər bir xalqın milli kimliyidir

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin  2001-ci il   9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu öndər həmin fərmanı latın  qrafikalı  Azərbaycan əlifbasına keçidin  ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini  və yeni əlifbadan  istifadənin müstəqil  Azərbaycanın ictimai -siyasi həyatında ,yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.Qədim  və zəngin mədəniyyətə malik  Azərbaycan xalqı  dünya sivilizasiyasına xeyli dəyərli töhtələr  verib. Tarixi faktlar sübut edir ki , zaman-zaman  xalqımız müxtəlif  əlifbalardan  istifadə edib.

Buna biz misal olaraq ərəb əlifbasını göstərə bilərik. XIX əsrin  II yarısında M.F.Axundov başda olmaqla  maarifçi ziyallılar  əlifba islahatı keçirilməsini məqsədə uyğun olduğunu  qəbul etdilər. XX əsrin əvvəllərində  mövcud əlifbanı daha  münasibi ilə əvəz etmək ideyasını ortaya atmışdır. 1922-ci ildə Azərbaycan hökuməti yeni əlifba komitəsi təşkil etdi. Bu latın qrafikalı  əlifbaya keçirilməsi üçün atılmış ilk ciddi addım oldu. 1929-cu il yanvarın 1-dən  latın qrafikalı əlifba  tətbiq  edildi. 1940-cı ilin yanvarın  1-də kiril  yazısı əsasında  tərtib edilmiş  yeni  əlifba ilə əvəz olundu.

Azərbaycan əlifbası kimi  dilinin rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına  yol  açması məhz Ulu Öndər  Heydər  Əliyevin  adı ilə bağlıdır. 1978-c il   SSRİ  hökumətinin  ciddi narazılığına baxmayaraq  Azərbaycan  SSRİ -nin  Konstitusiyasına   Azərbaycan dilinin  dövlət dili  olması  barədə maddə daxil  edilmişdir.  Müstəqil  Azərbaycan Respublikasının  Konstitusiyasında  xalq referendum vasitəsilə  dövlət dilinin  Azərbaycan dili olduğunu  təsdiq etdi.

Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda  misilsiz  xidməti olmuşdur. Azərbaycan dili  Azərbaycan  Respublikasının  dövlət dili  və Azərbaycanda yaşayan müxtəlif  xalqların  əsas ünsiyyət vasitəsidir.

Sevda Bağırova,
Elşad Yəhyayev adına 56 N-li tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü