31 iyul 2024 12:12
377

Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir

Dil hər bir millətin mənəvi siması, onun milli varlığının timsalıdır “Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir,Azərbaycan dilidir,bizim dinimizdir,bizim adət-ənənələrimizdir,bizim milli mənəvi-əxlaqi mentalitetimizdir Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik.“ Bu fikirləri Ulu öndər Heydər Əliyev çıxışlarının birində vurğulamışdır.

Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib,bir müddət fəaliyyət göstərsə də,dövlət dili statusu uzun sürə bilməmişdir Heydər Əliyev 1969 cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu ,yəni ulu öndərinkeçən əsrin 70-80 ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış ,milli özünüdərk, milli azadlıq ruhunu yüksəltdi

Ölkə rəhbərimizin təşəbbüsü ilə Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı 1995-ci il 12 noyabrda qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublıkasının Dövlət dili kimi təsbit (21 maddə) olundu

2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili günün təsis edilməsi haqqında” və 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş”Azərbaycan  Respublikasının dövlət  dili haqqında” qanunvericilik aktı oldu Ümummilli lider H Əliyevin dil siyasəti ilə bağlı imzaladığı silsilə fərmanlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində ,ulu öndərin verdiyi müdrik göstərişlərin gerçəkləşməsində hər kəs yaxından iştirak etdi Azərbaycan  dili nüfuzlu məclislərə dövlət tədbirlərinə yol açdı. Məhz Ulu Öndər Heydər Əliyev xalqın formalaşmasında , yaşamasında Ana dilinin rolunu yüksək qiymətləndirmişdir.

“Hər bir xalq öz dili ilə yaranır ,ancaq bu dili yaşatmaq ,inkişaf etdirmək, dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyətinin nəticəsində mümkündür.

Gənclərə məsləhət görür: “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik Mən demişəm və bu gün də deyirəm Rus dilini yaxşı bilin ,ingilis,fars,ərəb,fransız dilini də yaxşı bilin Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizı öyrənin Əgər bunu bilməsəniz ,sən tam azərbaycanlı olmursan.“

1980 ci illərin sonu , 90 cu illərin əvvəlində müstəqilliyə gedən yolda ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsiulu Ulu Öndərin vaxtilə yürütdüyü siyasətin nəticəsi idi.  Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: ”Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir.”

Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin ana dilinin dövlət dili statusu kimi qoruması bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi ,dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, onu dərindən bilməyi, ana dilinin gözəlliyini duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi,bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi.

Rita Muradova,
56 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü