30 iyul 2024 23:47
408

Müasirlik, yoxsa dəyərlərimizin itirilməsi?

Dünyada baş verən yeniliklərdən, inkişafdan hər birimiz xəbərdarıq. Ölkəmizin də dinamik inkişafı davamlıdır. Bu da Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. İnkişafdan, müasirlikdən bəhs edərkən, nəzərdə tutduğum sosial, iqtisadi, siyasi sahələrdə yeniliklərdir. Lakin unudulmamalıdır ki , hər bir ölkənin öz milli mənsubiyyəti var. Və inkişaf edərkən , müasirləşərkən bunların nəzərə alınması bizi digər ölkələrdən müsbət mənada fərqləndirəcək. Çünki, bəzi “vətəndaşlarımızın” ciddi cəhdlə uyğunlaşmağa çalışdığı mədəniyyətlər tamamilə milli dəyərlərimizə ziddir.

Amma bu “müasirliyin” bizə fayda verməyəcəyini, əksinə dəyərlərimizi itirməyimizə səbəb olacağını bir söhbət əsnasında anladım. Əcnəbi vətəndaşla söhbət edirdim. Ondan xahiş etdim ki, mənə yaşadığı bölgənin adət-ənənələri ilə bağlı məlumat versin. Çox mehriban, gülərüz bir xanımdır. Və biz bir-birimizi öz ölkəmiz, adətlərimiz haqqında məlumatlandırdıq. Mən türk olduğumuzu, hər ölkənin özünəməxsus adətləri olsa da türklərin ortaq ənənələrinin olduğunu vurğuladım. Milli mədəniyyətimiz haqqında ona geniş məlumat verdim. O da bildirdi ki , sizlərin mədəniyyəti çox gözəl və zəngindir, lakin bizdə millət anlayışı yoxdur. Biz sadəcə müəyyən topluluq olaraq yaşayırıq. Bu qədər şanlı tarixə malik olan türk milləti gərək ki, öz dəyərini bilsin. Müasirləşək amma dəyərlərimizi əsla unutmayaq. Axı, bu Türklərə yaraşmaz. M.Şəhriyar demiş: “Türkün məsəli, folkloru dünyada təkdi, Xan yorğanı kənd içrə, məsəldir, mitil olmaz.”

Nuray Səxavət,
Bakı Slavyan Universitetinin Jurnalistika fakultəsinin tələbəsi