27 iyul 2024 18:13
300

Sorğu: Tramp Harrisi qapablayır

ABŞ-da keçirilən sorğuda keçmiş prezident Donald Tramp Demokratlar Partiyasından prezidentliyə namizədi, vitse-prezident Kamala Harrisi 2 faiz qabaqlayıb.

“İki sahil” xəbər verir ki, “Wall Street Journal”ın (WSJ) son sorğusuna görə, Tramp qeydə alınmış 1000 seçicinin 49 faizinin dəstəyini qazanıb, Harris isə 47 faizdə qalıb.

Harrisin performansı, bu ayın əvvəlində WSJ sorğusunda Trumpdan 6 faiz geri qalan Co Baydenlə müqayisədə əhəmiyyətli bir irəliləyiş əldə edib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden namizədliyini geri götürdüyünü açıqlayarkən vitse-prezident Kamala Harrisin namizədliyini irəli sürüb.

Demokratik nümayəndə heyətinin yarıdan çoxunun dəstəyini qısa zamanda qazanan Harris bununla da partiyanın prezidentliyə namizədliyi üçün tələb olunan nümayəndə sayına nail olub.

Demokratlar Partiyasının prezidentliyə namizədi avqustun 19-22-də Çikaqoda keçiriləcək partiya qurultayında rəsmən müəyyənləşəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”