27 iyul 2024 11:24
303

"Paris-2024"-ün açılış mərasimində rusvayçılıq

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının (Paris-2024) açılış mərasimində rusvayçılıq yaşanıb.

“İki sahil” xəbər verir ki, Cənubi Koreya idmançılarını daşıyan qayıq Sena çayı üzərindən keçərkən diktor onları fransız və ingilis dillərində Şimali Koreyanın rəsmi adı ilə - “Koreya Xalq Demokratik Respublikası” –təqdim edib.

Cənubi Koreya cümə günü Paris Olimpiadasının açılış mərasimində idmançılardan ibarət nümayəndə heyətinin Şimali Koreyadan olan idmançı kimi təqdim edilməsindən təəssüfləndiyini bildirib və təşkilatçılardan səhvin bir daha təkrar olunmayacağına dair zəmanət tələb edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”