26 iyul 2024 23:50
319

Çeçenistandan olan 3 nəfər Belçikada həbs edilib

Əslən Çeçenistandan olan 3 nəfər Belçikada terror aktı hazırlamaqda şübhəli bilinərək radikal qruplaşmanın fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın federal prokurorluğu məlumat yayıb. “Antiterror istintaqı çərçivəsində çeçen əsilli üç nəfər həbs edilib”, - prokurorluq bildirib.

Qeyd edək ki, iyulun 25-də Belçikanın hüquq-mühafizə orqanları iri antiterror əməliyyatı barədə məlumat veriblər və bu əməliyyat zamanı 7 nəfər saxlanılıb, 14 axtarış əməliyyatı aparılıb. Yeddisinin hamısı Belçikadakı çeçen diasporunun üzvüdür, onlardan dördü azad edilib.

Prokurorluq planlaşdırılan terror aktının məqsədi ilə bağlı hər hansı təfərrüat verməkdən imtina edib.