Avropa İttifaqının (Aİ), ABŞ-ın Ermənistana vəd etdikləri «yardımlar»ın əsas məqsədi Cənubi Qafqazı yenidən hərbi poliqona, qarşıdurma məkanına çevirməkdir
Laçın sərhəd buraxılış- keçid məntəqəsi yaradılanda, Avropa İttifaqının Ermənistanın sərhəd bölgəsində hadisələri durbinlərlə «müşahidə edən» mavi gödəkçəli erməni havadarlarının çıxardıqları oyunlar yaxın aylarda baş verən Qərbin ikili standartlar şousunun təzahürü idi. Guya Cənubi Qafqazda sülhün bərqərar olmasına, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün Avrora İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşlərdəki «səmimiyyət səhnələri »də unudulmayıb. Son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərini atəşə tutması həmin görüşün pərdəarxası məramını yenidən gündəmə gətirib.
Cari ilin aprel ayının 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında keçirilən üçtərəfli görüşdən məlum oldu ki, nə Qərb, nə də ABŞ sülh tərəfdarı deyillər. Onların niyyətləri Cənubi Qafqazı geosiyasi qarşıdurma poliqonuna çevirmək, Suriya, Ukrayna təcrübələrinin bu bölgədə təkrarlamasına nail olmaqdır. ABŞ dövlət katibi Antoni Blinkenin Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl söylədiyi «Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh şəraitində yaşamasını və region ilə əlaqələnməsini istəyirik. ABŞ və Aİ bu səylərinin həyata keçməsində tərəfdaşdır» sözləri də reallıqdan kənar idi. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanın kapitulyasiya aktını imzalamasını özlərinin də məğlubiyyəti kimi qəbul edən ABŞ-Aİ cütlüyü İkinci Qarabağ müharibəsindən keçən müddətdə belə haylara himayədarlıqlarını davam etdirərək müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasına əngəllər törədirlər. Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyən Aİ və ABŞ hər oyuncağa uşaq kimi sevinən Ermənistandan istifadə edərək xam məhsul kimi, istədikləri səmtə uyğun idarə edirlər. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün münbit şəraitin yarandığı, tərəflərin qarşılıqlı olaraq biri-birinin ərazi bütövlüyünü tanıdıqlarını etiraf etdikləri məqamda kənar müdaxilələrin artması bölgədə sabitliyə vurulan zərbə, ciddi təhlükədir.
Brüssel görüşü ilə bağlı ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edərək danışıqların Azərbaycanın əleyhinə olmadığını bildirsələr də pişiyin quyruğunu gizlədə bilmədilər. Görüş iştirakçılarının Ermənistan hökumətinin «sülhün kəsişməsi» kimi sərsəm təşəbbüsünü təqdir etmələri regiondakı gərginliyi daha da artırdı.
Anti-Azərbaycan açıqlamaları ilə ermənipərəst mövqeyini bildirən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O* Braynın Brüsseldə keçirilən üçtərəfli görüşün məqsədini «Ermənistanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək» açıqlaması ilə pərdələsə də əsl məram «Dostunu göstər, sənin kim olduğu deyim» məsəlinə uyğun yozuldu. Yəni, ilanın ağına da lənət , qarasına da.
Həmin günlərdə qərəzli Brüssel görüşünə münasibət bildirən bölgə dövlətləri, Rusiya kimi Türkiyə də sülhə təhdid olan bu konfransın məqsədini açıqladılar: ABŞ kimi Aİ-də Cənubi Qafqazda yerləşmək, Zəngəzurla bağlı niyyətlərini əməlləri ilə bildirirlər. Açıqlamalarda vuruğlandı ki, Ermənistanı məkrli oyunları üçün alətə çevirən çevirən ABŞ-ın və Aİ-nin riyakar və məkrli ssenariləri haylara baha başa gələcək. Rəsmi İrəvan Ukraynanın taleyini yaşayacaq.
Avropa İttifaqının Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ-ın isə 65 milyon dollar «yardım» ayırmaları ilə bağlı şirnikləndirmələr işə yarayır. Ələbaxan, satqın, xəyanətkar ölkə olduğunu əsrlərdən bəri müxtəlif imperiyalara kölə xidmətləri, itaətkarlığı ilə bildirən, qarşısına atılan tula payı qarşılığında bölgədə hər an partlamağa hazır bomba effekti yaradan Ermənistan daim itaətində durduğu, ən yaxın müttəfiqi Rusiyanı yeni ağaları ilə əvəzlədi. Azərbaycanın iştirakının nəzərdə tutulmadığı bu təşəbbüsün regional qarşıdurma üçün işarə olması, Cənubi Qafqazda sülhə deyil, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yönəldiyi bəlli idi. Yaranan geosiyasi təhlükədə itirənin mühüm layihələrdən kənarda qalan, Qərbin aldadıcı vədlərinə inanan Ermənistanın olacağını ekspert açıqlamaları da təsdiqləyir.
Avropa İttifaqının guya sabitliyə töhfə adı ilə Ermənistanda mülki monitorinq missiyası yerləşdirərkən region dövlətlərinin, xüsusilə münaqişə tərəfi, sülh sazişinin imzalanması üçün bütün variantlardan istifadə edən Azərbaycanın maraqlarının nəzərə alınmaması, həmin günlərdə diqqətə çatdırıldı. Beynəlxalq hüquqa siyasi təhlükə olan monitorinq missiyasının fəaliyyəti iki il müddətinə müəyyənləşdirilsə də Ermənistanda sərhəd patrul xidməti göstərən « silahlı mülkilər» Qərbin maraqlarına uyğun yerlərini bərkidiblər. Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketinin ayrılması ilə bağlı qərarın qəbulu missiyanın mülki deyil, hərbi məqsədlər naminə təşkil olunduğunu təsdiqləyir.
Məqsədi sözdə Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə vermək olan yardım, əslində Ermənistan Silahlı Qüvvələrini gücləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyon ölçülü bölmə üçün tamhüquqlu çadır şəhərciyi də təmin ediləcək. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin təbirincə deyilsə, Avropa Sülh Fondunun «yardım paketi» guya ölkənin dayanıqlığına daha da töhfə verəcək. Amma son günlərdə Aİ-nin və ABŞ-ın tumarından başı gicəllənən Ermənistanın ərköyün, sərsəm baş naziri Nikol Paşinyan Azərbaycanın təklif etdiyi «sülh paketi ilə bağlı etiraf etdiyi razılığına» davamlı korrektələr edir.
Ermənistan silahlı qüvvələrinin bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda, Kəlbəcərdə, Tovuzda yerləşən mövqelərini iri çaplı silahlardan atəşə tutmaları Aİ-nin 10 milyon avro dəyərində «sülhə dəstək» missiyasının atəş səsidir.
Oksfordda keçirilən «Avropa Siyasi Birliyi»nin dördüncü Sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşməkdən yayınan, Fransa Prezidenti Emmanuel Makronla pıçıldaşan Paşinyan bu görüntüsü ilə sülh sazişinin imzalanması ilə bağlı boğazdan yuxarı sözlərinin reallığı əks etdirmədiyini təsdiqləyir. Görünür Aİ-nin 10 milyon avroluq yardımının ardınca ABŞ-ın Ermənistana 65 milyon dollardan çox yardım vədi, Fransanın hərbi təyyarəsinin İrəvana eniş etməsi Paşinyanın arxayınçılıqdan baş gicəllənmə xəstəliyini yeniləyib. Hadisələrdən çıxarılan məntiqi nəticə budur ki, Qərb kimi ABŞ da Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını qan iyi verən «sülhə yardım» paketləri ilə bloklayıb.
Bir müddət əvvəl Nikol Paşinyan ölkəsinin Rusiyanın təşəbbüsü ilə yaradılmış Kollektiv Təhlükəsizilik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurması, ABŞ-a və Avropa İttifaqına əsas tərəfdaş kimi arxalanması, Hayastan rəsmilərinin Aİ-nin Ermənistandakı missiyasını dəstəkləməsi işğalçı ölkəni məhvə sürükləyir. Başqa sözlə deyilsə, bu yardım paketləri Ermənistanın rekviyemidir. Bu ifadə latınca «Requiem aeternam dona eis, Domine»- «İlahi, onlara əbədi rahatlıq ver» mənasını bildirən və dini mərasimlərdə mərhumun xatirəsi naminə işlədilən matəm mesajıdır.
Siyasətin şahmat taxtasında kimin şah, kimin mat olacağını isə zaman göstərəcək. Azərbaycanın gələcək yolunu «Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır» sözləri ilə qərəzli «üçlüklərin» cəhdlərinin heç bir nəticə verməyəcəyini bildirən Prezident İlham Əliyev haqq yolumuzun əbədi dayaq məkanını da düzgün müəyyənləşdirir. Yolumuz Zəngəzuradır!
Xuraman İsmayılqızı, «İki sahil»