26 iyul 2024 14:00
403

İrem Dericidən sevgi tarifi

Türkiyəli müğənni İrem Derici ötən axşam Çeşme İzmir şəhərinin Çeşmə bölgəsinin Alaçatı məhəlləsində pərəstişkarları ilə görüşüb. Səhnəyə dəvət etdiyi pərəstişkarından sevgini təsvir etməsini istəyən müğənni aldığı cavabı bəyənib.

“İki sahil” xəbər verir ki, yumoristik rəftarları və rəqs şouları ilə diqqət çəkən estrada müğənnisi İrem Derici sevilən mahnıları ilə sevənlərinə musiqi ziyafəti təqdim edib.

Veriliş boyu tamaşaçılarla söhbət edən İ.Derici bir pərəstişkarını səhnəyə dəvət edərək "Sevginin tərifi nədir" deyə soruşdu. O, pərəstişkarından “Sədaqət” cavabını alanda “Doğru cavab” deyə bildirib.