27 iyul 2024 00:15
494

Qarabağ və Şərqi Zəngəzurda nəhəng bərpa-quruculuq işləri həyata keçirilir

30 ildən sonra 2020 ci-il 27 sentabrda başlanan II Qarabağ müharibəsində torpaqlarımızı ermənilərin işğalından azad etdik.2020 –ci il 10 n0yabrdan dərhal sonra azad olmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması geniş vüsət aldı. İlk olaraq Zəfər yolunun çəkilişi başladı. Tikinti bərpa işlərininə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları şəxsən nəzarət edərək yeni işçi qrupu yaratdı. İrimiqyaslı tikinti layihələri həyata keçirilməyə başladıldı: yol çəkilişi, aeroport,y eni şəhər, qəsəbə layihələndirilməsi və.s.

Artıq Şuşa şəhərində həyat davam edir. Şuşa sakinləri sevinə-sevinə doğma yurdlarına qayıdıblar. Bu gün Qarabağa getmək, orada işləmək, yaşamaq,ən azından turist kimi Vətənimizin dilbər guşəsini görmək hər bir azərbaycanlının arzusudur. Ona görə də turizim potensialını möhkəmləndirmək üçün Şuşada yenidənqurma işləri sürətli və gözoxşayan şəkildə davam etdirilir.İşğal nəticəsində baxınsız vəziyyətə düşən “Xarıbülbül”, “Qarabağ” otelləri tam təmir edilib. Bu da Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizim imkanlarının genişləndirilməsində çox mühüm rol oynayır. Artıq bir neçə dövlət tədbirləri Şuşada keçirilib, bu da bizi xalqımızı çox sevindirir. Füzuli Beynəlxalq Hava Limanı-Qarabağın Hava Qapısı, Ağalı kəndi-Ağıllı kənd, Ağdam- Qarabağın Sənaye Mərkəzi və s. layihələr tikinti-bərpa işlərinin bariz nümunəsidir.

Mən də bir müəllim olaraq bütün bu ilərə görə sevinirəm,həm dəiki qat sevinirəm ki, Azərbaycan təhsili Qarabağa qayıdıb.bir neçə məktəbdə tədris davam etdirilir. Bu il isə yeni tədris ilindən Qarabağ Universiteti fəaliyyətə başıayacaq. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının da dediyi kimi işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam edir. Biz Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı çox nikbinik.

Aygül Çobanova,
Bakı şəhəri, 24 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü