24 iyul 2024 09:38
374

Naxçıvanda 37, Aran rayonlarında 39 dərəcə isti olub

İyulun 24-ü saat 9:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, lakin gecə Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 9 mm, Şəkidə 4 mm olub.

Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq iyulun 24-ü səhər şimal-qərb küləyi arabir Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.