23 iyul 2024 23:30
275

Azərbaycan dünyada qlobal əhəmiyyətli layihələrin müəllifi kimi tanınır

Qarabağ savaşında qazanılmış qələbədə xalqımızın göstərdiyi yurdsevərlik və rəşadətin davamı olaraq, döyüş əməliyyatları dayanan vaxtdan bölgədə irimiqyaslı bərpa-quruculuq işləri başlamışdır. Ötən il aparılmış zəruri hazırlıqdan sonra böyük qayıdışın təməllərinin yaradılması prosesi daha geniş miqyas almışdır. Müharibə günlərində cəbhədən aldığımız qələbə xəbərlərinə necə sevinirdiksə, sonrakı dövrdə də çoxsaylı layihələrə start verilməsi və onların başa çatdırılması barədə məlumatları eyni fərəh və qürur duyğuları ilə qarşılayırıq. qarabağda və şərqi zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihə və proqramalara, çoxyönlü tədbirlərə Prezident İlham Əliyev birbaşa özü rəhbərlik edir. 

Qarabağda bölgə iqtisadiyyatının dirçəldilməsi, erməni faşizminin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, buraya qayıdışın tezliklə təmin edilməsi üçün azad edilən ərazilərdə geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülüb, Ərazilərin minalardan təmizlənməsi, lazımi infrastruktu-run yaradılması diqqət mərkəzində saxlanılır. ermənistan 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini başdan-başa xarabazara çevirdiyi kimi, Qarbağ savaşının davam etdiyi 44 gündə cəbhə bölgəsində dinc əhalinin yaşadığı şəhər və kəndlərdə də irimiqyaslı dağıntı və təlafatlar törətmişdir. Bütün bu cinayətlərin irimiqyaslı dağıntılarla nəticələnməsinə baxmayaraq, müharibə azərbaycanın qələbəsi ilə başa çatan gündən təmas xəttinə yaxın bölgələrdə və işğal-dan azad edilmiş ərazilərdə zəruri bərpa-quruculuq işlərinə start verilmişdir.

İşğaldan azad edilən ərazilərdə “yaşıl enerji” zonasının tətbiq edilməsinə dair konsepsiya dauğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait olduğundan alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir. Qısa dövrdə görülən böyük işlər olduqca heyrətamizdir. Azərbaycan güclü dövlətdir və düşmənin onilliklər ərzində dövlətimizə, xalqımıza vurduğu maddi yaraların hamısı əlbəttə ki, sağalacaq. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidr. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ vətən müharibəsinin davam etdiyi günlərdən başlanmışdı. Düşməndən azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. torpaqlarımızın geri alınmasından sonra dərhal müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri “Zəfər yolu”nun təməlinin qoyulması ilə yadda qaldı.

Bütün bu tədbirlər Prezident cənab  İlham Əliyevin rəhbərliyi ilə region üçün çox böyük stratej iəhəmiyyətə malik olacaq Zəngəzur dəhlizinin gerçəkləşdirilməsini şərtləndirir. Bu dəhlizin reallaşdırılması dünya, eləcə də region ölkələri üçün mühüm öməm daşıyır. Əlverişli coğrafi mövqeyə, zəngin enerji ehtiyatlarına malik Azərbaycan bu gün dünyada qlobal əhəmiyyətli layihələrin müəllifi kimi tanınır. Əlkəmiz həm də şərqlə qərbi, şimalla cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəz rolunu oynayır. Quruculuq layihələrinin uğurlu icrası dövlətimizin gücünün nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirir.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı