23 iyul 2024 09:47
264

Qanunsuz dövriyyədən çıxarılan 247 kiloqram narkotik məhv edilib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən qanunsuz dövriyyədən çıxarılan 247 kiloqram narkotik məhv edilib.

“İki sahil” xəbər verir ki, bu barədə DSX-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyul ayının 22-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin məhv edilmə prosesi həyata keçirilib.

Tədbir zamanı müxtəlif xassəli 247 kiloqram 785,761 qram narkotik vasitə (211 kq 690,27 qram həşiş qətranı,19 kq 934,25 qram tiryək, 11 kq 860 qram marixuana, 4 kq 301,241 qram heroin) məhv edilməsi üçün komissiya üzvlərinə təqdim edilib.