23 iyul 2024 09:30
266

Türkiyədə əməliyyat: 59 narkotacir saxlanılıb, 3 tona yaxın narkotik götürülüb

Türkiyənin 16 vilayətində narkotik istehsalçılarına və satanlara qarşı keçirilən “NARKOÇELİK-28” əməliyyatlarında 59 şübhəli saxlanılıb, onlardan 40-ı həbs edilib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, Jandarma Baş Komandanlığı KOM İdarəsinin koordinasiyasında keçirilən əməliyyata 203 qrup, 642 şəxsi heyət, təyyarə və narkotik axtaran itlər cəlb edilib.

Əməliyyatlar zamanı 2 ton 294 kiloqram narkotik maddə, 13 milyon 623 min 127 ədəd sirr kökü və skunk kökü, 2 milyon 2 min 455 ədəd narkotik həb götürülüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”