22 iyul 2024 13:28
318

Ferih Edgü 88 yaşında vəfat edib

Türkiyənin tanınmış yazıçısı Ferih Edgü 88 yaşında vəfat edib.

“İki sahil” Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu barədə ədəbiyyatçı Metin Celal bildirib.

Onun ölüm səbəbi məlum deyil.

F. Edgü “Kimsə”, “O” kimi romanların, “Hakkaridə bir mövsüm” ssenarisinin, “Bütün dərs qeydləri”, “İndi saat neçədi?”, “Yeni dərs qeydləri”, “Davam” kimi esselərin müəllifidir. Əsərləri bir çox dilə tərcümə olunub.