21 iyul 2024 18:49
306

Türkiyədə neft yatağında baş verən qəzada 1 nəfər ölüb

Xəbər verdiyimiz kimi, Türkiyənin Şırnak şəhərindəki Qabar dağında Şəhid Aybüke Yalçın (ŞAY) 27 saylı neft yatağında neft qazma qurğusu aşıb.

Qabar dağındakı neft yatağında qazma qurğusu aşıb

“İki sahil” xəbər verir ki, qurğusunun beton döşəməsinin çökməsi nəticəsində baş verən qəzada bir mühəndis həlak olub. İki işçi isə yaralanıb. Onlardan biri helikopterlər, digəri də təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”